Küçə itləri 81 yaşlı qadına hücüm etdi:


Digərləri 16 Noy 2017 11:56:00 242 0

Küçə itləri 81 yaşlı qadına hücüm etdi:

Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb.

Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.