Əhalinin istiliklə tam təchiz olunmamasına aydınlıq gətirildi


Digərləri 16 Noy 2017 12:00:00 298 0

Əhalinin istiliklə tam təchiz olunmamasına aydınlıq gətirildi

Azərbaycanda 2-3 günə bütün qazanxanalar işə salınacaq və əhali istiliklə tam təchiz olunacaq.

Son.az xəbər verir ki bunu report-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: "Bütün qazanxanalar mövsümə hazırdır. Qaz təchizatı açıldıqca qazanxanalar qrafiklə qoşulur. 545 qazanxanın hamısı birdən qoşula bilməz, qaz təchizatı da, biz də tənzimləmələr aparmalıyıq. Sahələrdəki işçi qruplarının hamısı gücləndirilmiş iş rejimində işləyirlər. Qoşulmayan qazanxanalardan xəbərimiz var".

Qurumun sözçüsü bildirib ki, orta məktəblərdə payız tətili olduğu üçün, bəzi məktəblər tətil vaxtı istiliyin verilməməsi üçün onlara müraciət edib: "Çünki içəridə axıntı ola bilər".