Bakıda fəhlə liftin şaxtasına düşərək öldü


Digərləri 16 Noy 2017 11:02:00 227 0

Bakıda fəhlə liftin şaxtasına düşərək öldü

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.   Ə.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.   Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.