Yeddinci dəfə Braziliya çempionu oldu


İdman 16 Noy 2017 10:06:00 241 0

Yeddinci dəfə Braziliya çempionu oldu

2017/2018 mövsümündə futbol üzrə Braziliya A Seriyasının qalibi müəyyənləşib. 

Goal.az xəbər verir ki, XXXV tur çərçivəsində evdə “Fluminense”ni 3:1 hesabı ilə məğlub edən “Corinthians” çempionluğu erkən rəsmiləşdirib. Bu qələbə sayəsində xallarını 71-ə çatdıran San-Paulu təmsilçisi mövsümün başa çatmasına 3 tur qalmış 61 xalla 2-ci pillədəki “Gremio” üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Corinthians” tarixində 7-ci çempionluqdur.