14 yaşlı qız sosial şəbəkə qadağasına görə intihar etdi


Dünya 16 Noy 2017 09:26:00 265 0

14 yaşlı qız sosial şəbəkə qadağasına görə intihar etdi

Kiyevin Desnyansk rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, 14 yaşlı qız anasının sosial şəbəkələrdən istifadəyə qoyduğu qadağaya görə intihar edib.   Məlumata görə, ana planşeti qızının əlindən alaraq sosial şəbəkələrə daxil olmağı qadağan edib. Bundan sonra evdə tək qalan qız özünü 5-ci mərtəbədən yerə atıb. Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.   Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.