Zəlzələ nəticəsində Tərtərdə 3 ev uçub


Digərləri 16 Noy 2017 09:24:00 291 0

Zəlzələ nəticəsində Tərtərdə 3 ev uçub

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub.

Bakı. Samir Əli- Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub. Bu barədə Trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib. Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin