Epson virtual kvadrakopter təqdim etdi VİDEO


Digərləri 16 Noy 2017 08:51:00 237 0

Epson virtual kvadrakopter təqdim etdi  VİDEO

Yaponiyanın "Epson" şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib.  

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə "DJI's Mavic Pro" virtual kvadrakopterini idarə etməyə imkan verən "ağıllı" eynəkdən ibarətdir.

Məlumata görə, virtual uçan aparatın hərəkəti prototip modelin real parametrləri ilə tam uyğunluq təşkil edir.   Proqram həm sərbəst uçuş rejimi, həm də müxtəlif mürəkkəb tapşırıqların yerinə yetirilməsinə yönələn mini-oyunlar təklif edir.