Azərbaycanda təkrar yeraltı təkanlar baş verib


Digərləri 16 Noy 2017 08:58:00 275 0

Azərbaycanda təkrar yeraltı təkanlar baş verib

Yerli vaxtla saat 02:02-də Bərdə ərazisində zəlzələ qeydə alınıb

Azərbaycanda növbəti yeraltı təkanlar baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 16.11.2017 tarixində saat 02:02-də Bərdə ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 25 km dərinlikdə olub.