Applein dəyəri 1 trilyon dollara çata bilər


Digərləri 16 Noy 2017 08:41:00 263 0

Applein dəyəri 1 trilyon dollara çata bilər

"Apple" şirkəti dördüncü maliyyə rübü üçün hesabat dərc edib.   "ICTnews" Elektron Xəbər Xidməti "IGate www.igate.com.ua" resursuna istinadən yazır ki, əksər analitiklərin "iPhone X" modelinin buraxılışından sonra satış və mədaxilin azalmasını düşünməsinə baxmayaraq kapitallaşmanın bahalaşması nəticəsində "Apple" dəyəri 900 milyard dolları ötən ilk şirkət olub.   Məlumata görə, "AAPL" səhmlərində 3,2 faiz artım qeydə alınıb. Ötən həftənin cümə günü rüblük nəticələr dərc edildikdən sonra "Apple" qiymətli kağızları rekord məbləğdə -173,49 dollaradək bahalaşıb.   Bundan başqa, telefon konfransı zamanı şirkət rəhbəri Tim Kuk növbəti ildə satış həcmini 84-87 milyard dollar səviyyəsində proqnozlaşdırıb. Maliyyə analitikləri isə 85 milyard dollarlıq nəticə gözləyirlər. Bu isə ondan xəbər verir ki, şirkət və sərmayədarlar "iPhone X" modelini perspektivli məhsul hesab edirlər.   Hesab olunur ki, yüksək nəticələr təkcə "Apple" şirkətinə müsbət təsir göstərməyəcək. "The Street" nəşrinin jurnalistlərinin fikrincə, "iPhone" istehsalçısının nailiyyətləri "Dow Jones" sənaye indeksinə müsbət təsir edəcək.   Son hadisələr fonunda 2018-ci ildə şirkətin bazar kapitallaşmasının 1 trilyon dollaradək artacağı ehtimal olunur.     2017-ci ilin mayında ABŞ istehsalçısının bazar dəyəri 800 milyard dollar, fevralda isə 700 milyard dollar təşkil edib.