Şəmkirdə iki qadın ev quşu üstündə dava edib, biri digərini küt alətlə döyüb


Sosial 16 Noy 2017 08:29:49 334 0

Şəmkirdə iki qadın ev quşu üstündə dava edib, biri digərini küt alətlə döyüb

Başından ağır zərbə alan qadın huşunu itirib

Şəmkirdə mübahisə zamanı qadın küt alətlə döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alabaşlı kəndində baş verib.

İki qadın qonşu arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman onlardan biri - Məxluqə Əliyeva ağac parçasıyla döyülüb. Başından ağır zərbə alan qadın daha sonra huşunu itirib. Başı yarılan qadına həkim tərəfindən yardım göstərilib.

İlkin məlumatlara görə, mübahisəyə qonşulardan birinə məxsus ev quşlarının digər qonşunun həyətinə keçiməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.