"RostovBakı" qatarının hərəkət
Digərləri 16 Noy 2017 08:38:00 316 0
İndi sərnişin qatarı ilboyu fəaliyyət göstərəcək
391/392 saylı "Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib.
Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin məlumatında bildirilir. Əgər əvvəl mövsümi qatar marşrut üzrə apreldən oktyabradək hərəkət edirdisə, indi o il boyu işləyəcək. O, illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək. Qatarın tərkibində 9 kupe, 5 plaskart və hətta 1 yataq tipli vaqon var. Qatar Rostovdan Bakı vaxtı ilə 19:07-da çıxacaq, 03:15-də Bakıya çatacaq. Azərbaycan paytaxtından 23:50-də çıxan qatar 09:10-da Rostova çatacaq.
Mənbə: milli.az