Futbol üzrə Dünya çempionatı 2018-in bütün iştirakçıları məlum olub


Digərləri 16 Noy 2017 08:18:20 172 0

Futbol üzrə Dünya çempionatı  2018-in bütün iştirakçıları məlum olub

Mundiala son vəsiqəni Peru yığması qazanıb

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32-ci ölkənin də adı məlum olub.

“Report” xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda səfərdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.

Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:

A Qrupu: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.

B Qrupu: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay.

C Qrupu: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran.

D: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.