Uber və NASA uçan taksilər şəbəkəsi yaradacaq


Digərləri 16 Noy 2017 08:25:00 306 0

Uber və NASA uçan taksilər şəbəkəsi yaradacaq

"Uber" şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksi aparatları şəbəkəsinin yaradılması haqqında saziş imzalanıb.   "ICTnews" Elektron Xəbər Xidməti "VVS" resursuna istinadən yazır ki, "Uber" şirkətinin istehsal şöbəsinin direktoru Ceff Holdenin sözlərinə görə, saziş uçan taksilərin marşrutlarının tənzimlənməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur.   Məlumata görə, şirkət həm pilotlu, həm də pilotsuz uçan aparatlardan hazırda smartfon vasitəsilə mövcud taksi sifarişi xidməti kimi sifarişə imkan verən taksilər kimi istifadəni planlaşdırır.   Yeni taksi xidmətinin uçuş sınaqlarına 2020-ci ildə Los-Ancelesdə başlamaq, layihənin istifadəyə verilməsi isə 2023-cü ilə nəzərdə tutulur.   Bildirilir ki, yeni servis üçün təyyarə və ya vertolyotlar yaratmağı planlaşdırmayan "Uber" dünyanın "Aurora Flight Sciences", "Embraer", "Mooney", "Bell Helicopter" və "Pipistrel Aircraft" kimi aparıcı istehsalçılarının uçan aparatlarından istifadə etmək niyyətindədir.   Bundan əlavə, "Uber" Los-Ancelesdə göydələnlərin damlarında aviataksilər üçün parklanmaların qurulmasına icazə almaq üçün "Sandstone Properties" tikinti şirkəti ilə danışıqlar aparır.   "NASA" nümayəndələri sazişin imzalanması ilə bağlı hələ ki şərh verməyiblər. Əvvəllər agentliyin oxşar layihələrdə iştirak etməsi qeyd olunur.