Bakıya nisbətdə İrəvan və Tbilisidə daha çox ehtimal olunur


Dünya 16 Noy 2017 08:28:00 254 0

Bakıya nisbətdə İrəvan və Tbilisidə daha çox ehtimal olunur

Bu barədə Londonun İqtisadiyyat və Sülh İnstitutunun hesabatında deyilir

Londonun İqtisadiyyat və Sülh İnstitutu 2017-ci ildə qlobal terrorizmin vəziyyətinə dair (Global Terrorism Index 2017) hesabatını açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, tədqiqatın nəticələrinə görə, terror aktlarının törədilməsi Azərbaycana nisbətdə Ermənistan və Gürcüstanda daha çox ehtimal olunur. Hesabata görə, Cənubi Qafqaz ölkələri arasında daha çox terror təhlükəsi Ermənistandadır. Bu ölkə siyahıda 75-ci, Gürcüstan isə 77-ci yeri tutub. Azərbaycan 95-ci pillədədir. Daha çox terror təhlükəsinə məruz qalan ölkələr siyahısında İraq, Suriya, Türkiyə, Liviya və Misir yer alıb. MDB-də terrora daha həssas ölkələr Ukrayna (17), Rusiya (33), Qazaxıstan (67) və Tacikistan (72) olub.