"Meyvəli"də hündürlükdən maşının üzərinə düşdü


Digərləri 16 Noy 2017 08:18:00 274 0

"Meyvəli"də hündürlükdən maşının üzərinə düşdü

Xəsarət alan şəxs sərxoş olub

Bakıda sərxoş kişi hündürlükdən yıxılaraq avtomobilin üzərinə düşüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. "Meyvəli" ticarət mərkəzində 1979-cu il təvəllüdlü Şükürov Azad Sübhan oğlu hündür yerdən yıxılaraq "Mercedes" markalı avtomobilin üzərinə düşüb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. "Mercedes"ə ciddi ziyan dəyib.