Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində


Digərləri 16 Noy 2017 08:03:00 249 0

Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində

Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.

Son.az Trend-ə istinadən bildirir ki, rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tamamilə dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayib. Kənd ərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.

Həmçinin rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.