Bakıda xəstəxananın qarşısından keçən qadını maşın vurub


Digərləri 16 Noy 2017 08:08:00 264 0

Bakıda xəstəxananın qarşısından keçən qadını maşın vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 5 saylı Şәhәr Klinik Xәstәxanasının qarşısından yolun digər tərəfinə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəcəbova Xuraman Şakir qızını "Nissan" markalı minik avtomobili vurub. . Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.