Zimbabve prezidentinin əsas rəqibi olan sabiq baş nazir ölkəyə qayıdıb


Dünya 16 Noy 2017 06:59:15 324 0

Zimbabve prezidentinin əsas rəqibi olan sabiq baş nazir ölkəyə qayıdıb

Tsvanqirai 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub

Zimbabvenin keçmiş baş naziri Morqan Tsvanqirai baş verən siyasi böhran fonunda ölkəyə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Tsvanqirai 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub. O, hazırkı ölkə prezidenti Robert Muqabenin əsas rəqiblərindən biri hesab olunur.