ABŞ-da neft ehtiyatları həftə ərzində 1,9 mln. barel artaraq 459 mln. barelə çatıb


İqtisadiyyat 16 Noy 2017 03:52:30 299 0

ABŞ-da neft ehtiyatları həftə ərzində 1,9 mln. barel artaraq 459 mln. barelə çatıb

Neft idxalı həftə ərzində sutkada 521 min barel artıb

ABŞ-da xam neftin kommersiya ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) 10 noyabrda bitən həftə ərzində 1,9 mln. barel artaraq 459 mln. barelə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.

Bir həftə əvvəl ehtiyatlar 2,2 mln. barel artaraq 457,1 mln barelə çatıb.

Birləşmiş Ştatlarda neft idxalı əvvəlki həftə ilə müqayisədə həftə ərzində sutkada 521 min barel artaraq 7,9 barelə çatıb.