Məşhur italiyalı bəstəkar Luis Enrike Bakalov vəfat edib


Digərləri 16 Noy 2017 02:59:08 193 0

Məşhur italiyalı bəstəkar Luis Enrike Bakalov vəfat edib

O, "Ən yaxşı film musiqisi" nominasiyasında "Oskar" mükafatçısı idi

Məşhur Argentina və italiyalı bəstəkar və pianoçu Luis Enrike Bakalov 85 yaşında Romada dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, ürəyin işemik xəstəliyi diaqnozu ilə yatdığı xəstəxanada vəfat edib.

Luis Enrike Bakalov öz kino işləri ilə məşhurdur. O, 1996-cı ildə "Ən yaxşı film musiqisi" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.