Al Bano səhnədən gedəcəyi tarixi açıqlayıb


Digərləri 16 Noy 2017 02:35:08 171 0

Al Bano səhnədən gedəcəyi tarixi açıqlayıb

Əfsanəvi müğənni səhnəni 2018-ci ildə tərk edəcək

Əfsanəvi 74 yaşlı italiyalı müğənni, ölməz "Felicita" mahnısının müəllifi və ifaçısı Al Bano 31 dekabr 2018-ci il tarixində səhnədən gedəcəyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, müğənni səhnədən möhtəşəm konsertlə getmək niyyətində olduğunu deyib.

O əlavə edib ki, səhnəni tərk etdikdən sonra üzümçülüklə məşğul olacaq.