Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib - FOTO


Sosial 16 Noy 2017 00:43:07 299 0

Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib - FOTO

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır

Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.

İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.