Azərbaycan İKTın inkişafı üzrə Cənubi Qafqazda liderdir


Digərləri 16 Noy 2017 00:04:00 240 0

Azərbaycan İKTın inkişafı üzrə Cənubi Qafqazda liderdir

Azərbaycan 176 ölkə arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir.

Reytinqdə lider İslandiyadır. İlk beşliyə həmçinin Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya daxil olub.

Rusiya 45-ci yerdə qərarlaşıb, Qazaxıstan - 52, Moldova isə 59-cu olub. Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar.