Azərbaycan İKT-ın inkişafı üzrə Cənubi Qafqazda liderdir


Digərləri 15 Noy 2017 23:56:02 239 0

Azərbaycan İKT-ın inkişafı üzrə Cənubi Qafqazda liderdir

Azərbaycan 176 ölkə arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb.

Bakı. Azərbaycan 176 ölkə arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir. Reytinqdə lider İslandiyadır. İlk beşliyə həmçinin Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya daxil olub. Rusiya 45-ci yerdə qərarlaşıb, Qazaxıstan - 52, Moldova isə 59-cu olub. Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar. MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir. İlk onluğa həmçinin Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya daxil olublar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin