Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ...


Digərləri 15 Noy 2017 23:24:00 284 0

Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ...

Amerikalı mütəxəssislər qəhvənin ürək xəstəliklərini və insult riskini nisbətən azaltdığını iddia edir.

Son.az xəbər verir ki, alimlər qəhvənin istifadəsi zamanı xüsusi aparat vasitəsilə alqoritmləri izləyərək, onun pəhriz və digər müalicə vasitələrindən daha çox faydalı olduğu qərarına gəliblər. Müxtəlif pəhrizlərin ürək-damar sistemi ilə arasındakı əlaqələr müşahidə edilib. Məlum olub ki, həftə ərzində qəbul edilən bir fincan qəhvə infarkt və ürək-damar xəstəlikləri riskini 7%-dək azaldır. Eyni zamanda müxtəlif növ xərçəng xəstəliklərinin, qaraciyər xəstəliklərinin qarşısını alır.

Hərçənd tədqiqatın nəticələri geniş müzakirələrə səbəb olub. Buna səbəb daha əvvəl elmi məqalələrdə insanların gündəlik həyatda qəhvədən istifadə etməsinin (tərkibindəki kofein ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır) vaxtından əvvəl ölüm riskini artırdığı qeyd edilirdi.