Azərbaycan İKT-nin inkişafında 176 ölkə arasında 65-ci yerdədir


İqtisadiyyat 15 Noy 2017 22:59:19 303 0

Azərbaycan İKT-nin inkişafında 176 ölkə arasında 65-ci yerdədir

Beynəlxalq Telekommunikasiya İttifaqının reytinqində birinci yeri İslandiya tutub

Azərbaycan dünya ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir.

Respublika bu göstəriciyə görə keçmiş SSRİ dövlətləri arasında Rusiya (45-ci yer), Qazaxıstan (52) və Moldovadan (59) geri qalsa da, Gürcüstan (74), Ermənistan (75), Ukrayna (79), Özbəkistan (95) və Qırğızıstanı (109) qabaqlayıb.

Postsovet məkanı ölkələrinin demək olar ki, hamısı dünya reytinq siyahısının yüzlüyünə düşə bilib.

MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir.

Qlobal reytinq siyahısında birinci yeri İslandiya tutub. İlk üçlüyə Cənubi Koreya və İsveçrə də daxil olub.

İlk onluqda həmçinin Danimarka, Böyuk Britaniya, Honkonq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiyanın adı var.

BTİ yeni hesabatında informasiya-kommunikasiya texnologiyalarından istifadə indeksi nəzərə alınıb.