Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Kriminal 15 Noy 2017 21:21:00 268 0

Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Onun Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub.

Samir 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bir müddət sonra o, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.