İEA : ABŞ və Səudiyyə Ərəbistanında neft hasilatı artacaq, Rusiyada azalacaq


İqtisadiyyat 15 Noy 2017 20:55:00 279 0

İEA : ABŞ və Səudiyyə Ərəbistanında neft hasilatı artacaq, Rusiyada azalacaq

ABŞ-ın neft hasilatı yaxın 8 ildə 77% artacaq

2025-ci ilə qədər ABŞ, Səudiyyə Ərəbistanı, İran və İraqda neft hasilatı artmağa davam edəcək, Rusiya və digər ölkələrdə isə azalacaq.

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) "World Economic Outlook" illik hesabatında bidirilir.

Hesabatda qeyd olunur ki, 2025-ci ilə ABŞ-da neft hasilatı cari 9,5 mln. barel/gündən 77% artaraq 16,8 mln. barel/günə, Səudiyyə Ərəbistanında isə 10 mln. barel/gündən 23% artaraq 12,3 mln. barel/günə çatacaq. Hasilat həmçinin İraqda 5 mln. barel/günə, İranda isə 5,1 mln. barel/günə yüksələcək.

Əksinə, Rusiyanın neft hasilatı 8% azalaraq 10,5 mln. barel/günə enəcək. Rusiya ilə yanaşı, 2025-ci ilə qədər Əlcəzair və Venesuelada hasilat müvafiq olaraq 0,25 mln. barel/gün azalacaq. Anqola və Nigeriyada da hasilat aşağı düşəcək. Yaxın Şərqdə yerləşməyən neft hasilatçısı ölkələrin məcmu hasilatı isə 0,8 mln. barel/gün azalma göstərəcək.

İEA-nın proqnozlarına görə, neftə tələb 2025-ci ilə qədər illik orta hesabla 0,7 mln. barel/gün artaraq 100,3 mln. barel/günə, 2025- ci ildən sonra isə 0,3 mln. barel/gün artaraq 2040-cı ildə 104,9 mln. barel/günə çatacaq.