Filmdəki səhnəni təkrarlamaq istəyən gəncin acınacaqlı sonu VİDEO


Dünya 15 Noy 2017 20:42:00 302 0

Filmdəki səhnəni təkrarlamaq istəyən gəncin acınacaqlı sonu  VİDEO

Vəhşi fil xortumuna dırmaşmaq istəyən gənci ölümcül hala salıb.

Son.az missiya.az-a istinadən xəbər verir ki, hadisə Hindistanın Kerala ştatında baş verib.

Dostları ilə meşəyə dincəlməyə gələn gənc məşhur hind filmi "Baxubali"dakı hərəkəti təkrarlamaq istəyib.

Amma onun bu cəhdi ağır xəsarətlər alması ilə nəticələnib. Gənc əvvəlcə filə banan verib və ona xoş davranmağa çalışıb. Buna baxmayaraq fil onunla dost olmaq istəməyib. Oğlan anidən  xortumu ilə zərbə endirən fil onu bir neçə  metr kənara tullayıb. Baş verənlər telefonla anbaan lenta alınıb.

Gənc oğlan zərbədən sonra yerindən tərpənməyib. Onun ağır xəsarətlər aldığı bildirilir.