"Qızı" ilə evli olan “Klon” serialının Lukası İLLƏR SONRA FOTO


Dünya 15 Noy 2017 20:20:00 326 0

"Qızı" ilə evli olan “Klon” serialının Lukası İLLƏR SONRA  FOTO

2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, "Klon" idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

Bu gün serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı təqdim diqqətinizə çatıracaq:

Belə ki, həmin dövrlərdə serialda onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Aradan xeyli müddət keçməsinə baxmayaraq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapır.


Xəbərə aid fotolar