Məktəblilərin olduğu avtobus qəzaya uğradı Almaniyada


Dünya 15 Noy 2017 18:47:00 270 0

Məktəblilərin olduğu avtobus qəzaya uğradı  Almaniyada

Almaniyanın Aşağı Saksoniya federal torpağında məktəbliləri aparan avtobusla minik maşını toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 20-yə yaxın məktəblinin xəsarət aldığı bildirilir.

Məlumata görə, qəza zamanı avtobusda 40 şagird olub.

Avtobus sürücüsünün də ağır xəsarətlələrlə xəstəxanaya yerləşdirildiyi bildirilib.