Şəmkirdə bir gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb


Sosial 15 Noy 2017 18:40:51 275 0

Şəmkirdə bir gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

Faktla bağlı araşdırma aparılır

Ötən gün Şəmkir rayonunda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Düyərli kənd ərazisində yolu keçən zaman "VAZ-2106" markalı avtomobil tərəfindən vurulan kənd sakini Ramazan Quliyev həkimlərin səylərinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.