Energetika Nazirliyində kadr dəyişiklikləri olub


Digərləri 15 Noy 2017 18:29:37 192 0

Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib.

Bakı. Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub. Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb. Qeyd edək ki, E.Cəfərova Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsində üçüncü katib, xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində birinci katib, NATO şöbəsinin müdiri, Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyasında ikinci, üçüncü katib, BMT yanındakı Missiyasında birinci katib, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert, ADA Universitetində baş müəllim kimi çalışıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin