ATƏTin baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır"


Siyasət 15 Noy 2017 18:14:00 298 0

ATƏTin baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır"

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O qeyd edib ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşik tərəfindən həyata keçirilən iş qoşunların qarşıdurma xəttində eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir: "Təşkilatın fəaliyyəti münaqişənin həll edilməsi yox, sülh prosesinə nəzarət etməkdir. Münaqişənin həlli ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində