Fuad Poladov: "Dekabrın sonunda bilinəcək ki..."


Digərləri 15 Noy 2017 17:52:00 265 0

Fuad Poladov: "Dekabrın sonunda bilinəcək ki..."

Qırtlaq xərçəngindən əziyyət çəkən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, xalq artisti Fuad Poladovdan xəbər var.

Son.az xəbər verir ki, sevilən sənətçi cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda müalicəsi davam edir.

"Düzdür, Milli Onkologiya Mərkəzində kimyəvi terapiya kursunu keçdim. Amma orada mənə başqa dərmanlar yazdılar. Hansı ki, həmin dərmanlar Mərkəzdə yoxdur. Həmin iynələri mən özüm tapıb gətizdirirəm. Onların təsiri dekabrın sonunda aparata salınanda bilinəcək ki, orada vəziyyət necədir. Hazırda səhhətim nisbətən pis deyil", - deyə F.Poladov deyib.