Azərbaycanda təksinəli xanım uğurlu əməliyyatdan sonra cütsinəli oldu FOTO


Digərləri 15 Noy 2017 17:55:00 270 0

Azərbaycanda təksinəli xanım uğurlu əməliyyatdan sonra cütsinəli oldu  FOTO

Azərbaycanda təksinəli qadının cütsinəli edilməsi üçün uğurlu cərrahiyə əməliyyatı həyata keçirilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən cərrahiyyə əməliyyatı Leyla Şıxlinskayanın Klinikasında reallaşıb. 

Əməliyyat tanınmış cərrah həkim Rəşad Babayev tərəfindən uğurla həyata keçirilib. 

Sözügedən cərrahiyyə əməliyyatını reallaşdıran həkim Rəşad Babayev sayta açıqlamasında deyib ki, sözügedən xanım bir neçə il əvvəl plastik əməliyyat etmək üçün başqa bir klinikaya müraciət edir: "Bu zaman xəstəda süd vəzisi ilə bağlı problemlər aşkarlanır. Bir neçə dəfə plastik cərraha müraciət olunur, plastik cərrah isə həmin xanımı əməliyyat edən zaman, onun sol süd vəzisində problemi toxuma aşkarlayır. Bundan sonra həmin xanıma sürətli sitoloji müayinə göndərilir. Bundan sonra süd vəzisində aşkarlanan problemli toxumanın götürlməsi zərurəti yaranıb. Ona görə də həmin qadının sol süd vəzisi kəsilərək götürülüb. Digər süd vəzisi isə problemi vəziyyətdə qalıb. Sonra isə bu xanım kimyəvi terapiya alıb. Bu əməliyyat başqa klinikada olub".    

R.Babayev sözügedən xəstənin 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olduğunu söyləyib: "Həmin xanım bu yaxınlarda Leyla Şıxlinskayanın Klinikasına müraciət edib. O bizə müraciət edən zaman çox pis vəziyyətdə idi. Həmin xanım psixoloji sarsıntı keçirtmişdi. Xanım bizə müraciət edəndə onun süd vəzisinin biri yox idi, əməliyyatla kəsilib götürülmüşdü. Burada o xanımın üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirilir. Həmin xanımın bədəninin ayrı hissəsindən toxumalar götürərək, ikinci süd vəzisini yaratmışıq. Hazırda həmin xanımın heç bir şikayəti yoxdur, səhhəti normaldır, həyatla uyğunlaşmağa başlayıb". 


Xəbərə aid foto