Yük maşınından oğurluq edən şəxs ANBAAN nəzarət kameralarına düşdü VİDEO FOTO


Digərləri 15 Noy 2017 17:57:00 281 0

Yük maşınından oğurluq edən şəxs ANBAAN nəzarət kameralarına düşdü  VİDEO  FOTO

Abşeron rayonu Saray qəsəbəsində naməlum şəxs yol kənarında dayanan yük avtomobilindən oğurluq edib. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə nəzarət kamerasına anbaan düşüb. Yük avtomobilinin sürücüsü maşını yol kənarında saxlayaraq yolun əks tərəfinə keçir. Qapının açıq olmasını görən şəxs əvvəlcə ətrafa nəzər yetirir. 

Sürücünün uzaqlaşdığını görəndə maşında olan mobil telefonu götürür və ərazidən uzaqlaşır. 

Verilən məlumata görə, həmin şəxs eyni üsulla bir neçə avtomobildən oğurluq edib. Faktla əlaqədar araşdırmalara başlanılıb.


Xəbərə aid fotolar