"Tottenham"in necə çıxış etməsi bizi maraqlandırmır"


İdman 15 Noy 2017 17:54:00 287 0

"Tottenham"in necə çıxış etməsi bizi maraqlandırmır"

"Arsenal"ın təcrübəli qapıçısı Petr Çex Premyer Liqanın 12-ci turunda baş tutacaq London derbisi, eyni zamanda komanda yoldaşları Aleksis və Özil barədə danışıb. Goal.az xəbər verir ki, çexiyalı qolkiper "Sky sports"a açıqlamasında bnları deyib:

"Düşünümrəm ki, "Tottenham" Şimali Londonun əsas komandasına çevrilib. Hər şey dəyişə bilər. "Arsenal"ın hədəfi çempionluq tituludur. Diqqətimizi sadəcə "Tottenham"in üzərində cəmləmirik. İki mövsüm öncə turnir cədvəlində onları qabaqlayanda titul qazanmadığımız üçün məyus olmuşduq. Heç kim "Arsenal"ın həmşəhərlilərindən öndə olmasına diqqət yetirmirdi. Bizim hədəfimiz dəyişməzdir. Hər il qarşıya layiqli oyun göstərmək və İngiltərənin ən güclüsü olmaq məqsədi qoyulur. "Tottenham"in necə çıxış etməsi bizi maraqlandırmır. Düzdür, son illər turnir cədvəlinin üst pillələrində qərarlaşırlar. Titula namizədlər siyahısında göstərilməyi doğrultmaq zamanı yetişib. Onlar titul qazanmalıdır. Həmişə belə olub. Sənin haqqında titullar danışır. Komandanın yüksəlişində Maurisio Poçettinonu əməyi böyükdür. O, özünü güclü və hərtərəfli məşqçi kimi sübut edib. Bizə qalanda, son illər "Arsenal" ciddi təzyiq altındadır. İngiltərə Kubokuna sahib çıxmaq kifayət deyil. Premyer Liqanın qalibi olmaq lazımdır.

Çex Sançez və Özilin "topçular"a sədaqətli olduğunu bildirib.

"Onlar komandanın əsas üzvləridir. Hər ikisinin "Arsenal" formasını geyinməsi bizi sevindirir. Aleksis və Mesut öz işinin ustasıdır. Məşqlərdə onları izləyirəm və əllərindən gələni etməyə çalışdıqlarını görürəm. Onların başqa klublardan nə qədər təklif aldıqları barədə məlumatım var. Bunların içində çox əlverişli variantlar mövcuddur. Gördüyünüz kimi, onlar hələ də bizimlədir. Ümid edirəm ki optimal forma ilə qayıdıb komandaya qarşıya qoyulan məqsədə çatmaqda kömək edəcəklər".