Kudo döyüş növü üzrə 3-cü Asiya Çempionatında Azərbaycan idmançısı qalib olub (FOTO)


Digərləri 15 Noy 2017 17:53:00 198 0

Kudo döyüş növü üzrə 3-cü Asiya Çempionatında Azərbaycan idmançısı qalib olub (FOTO)

Kudo döyüş növü üzrə keçirilən 3-cü Asiya Çempionatında Azərbaycan yığmasının idmançısı qızıl medal qazanaraq yarışların ən texnikalı idmançısı kimi də təltif olunub.

Bakı. Yaponiyada Kudo (Daidojuku) döyüş növü üzrə keçirilən 3-cü Asiya Çempionatında Azərbaycan yığmasının idmançısı Bayram Gözəlov 270 kateqoriyasında qızıl medal qazanaraq yarışların ən texnikalı idmançısı kimi də təltif olunub. Yarışlar 15 olkənin 16 komandası ilə keçirilib. Yaponiya yığması 2 komanda heyəti ilə təmsil olunub. Buna baxmayaraq idmançımız 2 yapon və 1 koreyalı idmançıya qalib gələrək 1-ci yerin sahibi olub. Qeyd edək ki, Azərbaycan oyunlarda yalnız 1 idmançı ilə təmsil olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin