Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb


Dünya 15 Noy 2017 17:41:51 279 0

Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb

Bunlar briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur

Türkiyədə ötən ilin iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunlar briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur.  

Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında generalların həbsdən azad edilməsi haqqında qərar çıxarılıb.