BTQ ilə daşımaların tarifi azaldılıb 2018ci il üçün FOTO


Digərləri 15 Noy 2017 17:30:00 308 0

BTQ ilə daşımaların tarifi azaldılıb  2018ci il üçün  FOTO

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TMTM) beynəlxalq assosiasiyası iclasının iştirakçıları Bakıda yekun protokol imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənədi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan dəmir yolları" şirkətinin prezidenti Kanat Alpısbayev, "Gürcüstan Dəmir Yolları"nın sədr müavini Aleksiy Nikolaşvili, "Türkiyə Dəmir Yolları"nın yük daşımaları üzrə baş direktoru Veysi Kurt, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbəri Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və Batumi dəniz limanının baş direktor müavini İlyas Mukatov imzalayıb.

Protokol gələn il TMTM və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların tarifinin azaldılmasını təsdiq edib.


Xəbərə aid fotolar