"Bizə bu da azdır" Kənan MM Burak üçün 400 manat verənlərə əsəbləşdi


Şou-biznes 15 Noy 2017 17:34:00 337 0

"Bizə bu da azdır"  Kənan MM Burak üçün 400 manat verənlərə əsəbləşdi

"Kardeşim benim 2" filminin qala gecəsinə satılan biletlərin qiyməti sosial şəbəkə izləyiciləri arasında birmənalı qarşılanmayıb.

Belə ki, "Park Cinema Flame Towers"in IMAX zalında aktyorla birgə filmi izləmək üçün bilet - 70 AZN, adi zal - 50 AZN, adi zalda ikinəfərlik yer 110 AZN dəyərindədir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, filmlə bağlı qiymətlər fantastik həddə çatıb. Tamaşaçılar Burak Özçivit başda olmaqla aktyorları daha yaxından görmək üçün 400 manat ödəməlidir. Onlar aktyorların oturduğu sıradan yuxarıda yer alacaqlar.

Eyni zamanda, aktyorın da iştirakı ilə IMAX zalında nümayiş olunan film və kokteyl partiyə giriş 200 AZN-dir.

Türk aktyoruna olan diqqət rejissor Kənan M.M-i qəzəbləndirib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor fikrini belə ifadə edib:

"Burakı görmək üçün 400 manat ödəyəcəklər, lap əcəb eləyirlər, Bizə bu da azdır".