2 futbol yığmamızın baş məşqçisi istefaya göndərildi


İdman 15 Noy 2017 17:37:00 364 0

2 futbol yığmamızın baş məşqçisi istefaya göndərildi

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb. 

Goal.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsindəki çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.