12 milyon dollar dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi oldu


Digərləri 15 Noy 2017 17:26:00 282 0

12 milyon dollar dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. C.Canıyev özünü günahkar bilməyib və ittiham olunduğu məbləği mənimsəmədiyini deyib.

İş üzrə məhkəmə prosesi noyabrın 22-nə təyin edilib.