Lukaku: "İnsanlar mənə hazır məhsul kimi baxır"


İdman 15 Noy 2017 17:15:00 282 0

Lukaku: "İnsanlar mənə hazır məhsul kimi baxır"

"Manchester United"in hücumçusu Romelu Lukaku Yaponiya ilə yoldaşlıq oyununda (14 noyabr) Belçika millisinə qələbə qazandıran qolun müəllifi olub. 24 yaşlı hücumçu "Everton"da oynadığı zaman Roberto Martinezin onunla iş metodundan danışıb.Goal.az xəbər verir ki, Lukaku bunları qeyd edib:

"Çiçarito, Uqo Sançez və ya Kavaninin videolarını izləyirdim ki, onların hərəkətlərini təhlil edim. Bu bombardir olmağıma kömək etdi. 24 yaşım var. İnsanlar mənə hazır məhsul kimi baxır. Bu cür yanaşma düzgün deyil. İnkişaf etmək üçün imkanlarım çoxdur. Hər il buna can atacam. Ən yaxşı klubda çıxış edirəm. "Manchester United" oyunumu üst səviyyəyə daşımaqda mənə kömək edir"