Korrupsiyada təqsirləndirilən futbol məmuru intiha edib


İdman 15 Noy 2017 16:18:00 231 0

Korrupsiyada təqsirləndirilən futbol məmuru intiha edib

FİFA-nın "Futbol hamı üçün" proqramı üzərində çalışan Xorxe Delqone intihar edib. Goal.az xəbər verir ki, argentinalı məmur özünü qatarın altına atıb. Bu, Delqonenin korrupsiyada ittiham olunmasından sonra baş verib. Belə ki, bu həftə Nyu-Yorkda ona qarşı cinayət işi açılıb. O, rüşvət müqabilində futbol matçlarının Argentinada yayımlanmasını bəzi qurumlara satıblar. Delqone ilə yanaşı adı açıqlanmayan bir mütəxəsis bunda iştirak edib.

İdman marketinqinin direktoru Alexandro Bursako Amerika federal məhkəməsində şirkətinin nüfuzlu turnirlərin teleyayım hüquqlarını almaq üçün 10 il ərzində milyonlarla dollar rüşvət verdiyini açıqlamışdı. Bursako 2015-ci ilin noyabrında çirkli pulların yuyulması, fırıldaqçılıqda təqsirli olduğunu etiraf etmişdi. O, həmin il saxlanılan 42 məmurdan biridir.

Məhkəmədə Xose Mariya Marin (Braziliya Futbol Federasiyasının sabiq prezidenti), Xuan Anhel Naput (FİFA-nın eks vitse-prezidenti) və Manuel Braqa (Peru Futbol Federasiyasının sabiq prezidenti) yaxın günlərdə ifadə verməli olacaq.