Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı


Digərləri 15 Noy 2017 16:04:00 279 0

Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı

"İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan peşə təhsil müəssisəsinin təhsilalanlarına onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əmək haqqının 20 faizindən az olmamaq şərti ilə əmək haqqı ödəyəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, layihəyə əsasən, iş yerində tərcübə müqaviləsi əsasında təhsilalanlar işçi heyətinin siyahısına daxil edlmir və onlara ödənilən əmək haqqından vergi tutulmur.