Biləsuvarda yol qəzası zamanı xəsarət alan zəvvarların adı məlum olub


Sosial 15 Noy 2017 15:51:46 244 0

Biləsuvarda yol qəzası zamanı xəsarət alan zəvvarların adı məlum olub

Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb. 

G.Əliyeva bel nayihəsindən, Y.Qurbanova isə baş-beyin nayihəsindən travma alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. "Hyundan-Tucson" markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.