Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək
Digərləri 15 Noy 2017 15:53:48 169 0
Bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunda əksini tapıb
Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunda əksini tapıb.
Qanun 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: “Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir”.
Mənbə: report.az