Deputat: Peşə məktəbləri ilə əməkdaşlıq edən işəgötürənlərə vergi güzəştləri tətbiq edilməlidir


Digərləri 15 Noy 2017 15:50:00 221 0

Deputat: Peşə məktəbləri ilə əməkdaşlıq edən işəgötürənlərə vergi güzəştləri tətbiq edilməlidir

Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir.

Bakı. İlhamə İsabalayeva - Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir. Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, özəl sektor bu sahənin ən fəal iştirakçısına çevrilməlidir: “Bunun üçün kifayət qədər resurslarımız var”. B.Əliyev qeyd edib ki, peşə təhsilinin inkişafı üçün dövlət dəstəyi göstəririlir. Lakin bu dəstəyin daha da artırılması üçün aparılan işlər sürətləndirilməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin